Şimali Koreya Cənubi Koreyadan gələn xəbərdarlıq atəşinə cavab olaraq 10 reaktiv buraxılış raket sistemi (MLRS) atıb.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Koreya Xalq Ordusunun Baş Qərargahına istinadən məlumat yayıb.
“Koreya Xalq Ordusunun Baş Qərargahı düşmən gəmisini geri çəkilməyə məcbur etmək üçün çoxsaylı buraxılış raket sistemlərindən 10 atəş əmri verib”, – deyə məlumatda bildirilib.
Bazar ertəsi səhər saatlarında Şimali Koreyaya məxsus gəminin Sarı dənizdə iki ölkə arasında dəniz sərhədini keçməsindən sonra Cənubi Koreya hərbçilərinin bir neçə xəbərdarlıq atəşi açdığı bildirilib.
Koreya Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəislərinin məlumatına görə, bu Cənubi Koreyanın Penneyndo adası yaxınlığında baş verib.