10 C
Baku
Thursday, December 12, 2024

Şimali Koreya lideri ABŞ və Cənubi Koreya ilə dialoq aparmayacağını bildirib

Şimali Koreya lideri Kim Çen İn ABŞ və Koreya Respublikası ilə dialoq aparmayacağını bildirib. “ABŞ və Cənubi Koreya rejiminin gərginliyi artırmaq üçün davamlı, düşünülmüş və məsuliyyətsiz addımları Pxenyanın daha güclü reaksiyasına səbəb olacaq”, – Kim Çen İn deyib.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Şimali Koreya lideri əlavə edib ki, ölkə təhlükəsizlik vəziyyətini izləyəcək və zərurət olduqda “lazım olan hərbi əks tədbirləri” görəcək.

KXDR lideri həmçinin bildirib ki, o, “düşmənlərlə danışıqlar aparmağı” zəruri hesab etmir. Sentyabrda Şimali Koreya qabaqlayıcı nüvə zərbəsi endirmək hüququ haqqında qanun qəbul edib.

Kim Çen İn Şimali Koreyanı nüvə dövləti elan edib.

Son xəbərlər
Digər xəbərlər