-1 C
Baku
Sunday, December 15, 2024

Şimali Koreya nüvə silahı istehsalını artıracaq

Şimali Koreya nüvə silahı istehsalını artıracaq.

Bu barədə Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri Kim Çen In deyib.

Onun sədrliyi ilə keçirilən hakim Əmək Partiyasının iclasında beynəlxalq dəyişikliklərə cavab olaraq ölkənin müdafiə və diplomatik strategiyaları müzakirə edilib.

Ölkə rəhbəri müdafiə sənayesini silahların inkişafına və nüvə qüvvələrinin gücləndirilməsinə yönəlməyə çağırıb.

Bildirilib ki, hakim partiya güclü nüvə silahlarının istehsalını artırmağa hazır olduğunu açıq şəkildə bəyan edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər