10 C
Baku
Thursday, December 12, 2024

Sinqapurda 300 bank işçisi təxliyə edilib

Sinqapurun “DBS Asia” bankının mərkəzi ofisinin 300-ə yaxın işçisi müəssisənin işçilərindən birindən koronavirus aşkarlanması ilə əlaqədar təxliyə edilib.

Bu barədə RİA “Novosti” xəbər verir.

“Straits Times” qəzetinin məlumatına görə, yerli vaxtla saat 12:55-də (Bakı vaxtı ilə 08:55) “Marina Bay Financial Centre Tower 3” binasının 43-cü mərtəbəsində işləyən “DBS Asia” bankının işçiləri ofislərində koronavirus infeksiyasının yayıldığını təsdiq edən məktub alıblar. Profilaktik tədbir olaraq onlara evdən işləmələri tövsiyə olunub. Ofis sahəsi dezinfeksiya edilib. Bank rəhbərliyi yoluxan şəxslə əlaqədə olan insanların kimliyini aydınlaşdırır.

Qeyd edək ki, fevralın 7-dən etibarən yeni növ koronavirusun yayılması ilə əlaqədar Sinqapur xəstəliyin yayılması ilə mübarizə səviyyəsini narıncı səviyyəyə qaldırıb. Artıq bir sıra ofis binalarında girişdə ziyarətçilərin temperaturu ölçülür.

©Report

Son xəbərlər
Digər xəbərlər