10 C
Baku
Thursday, December 12, 2024

Siqaret və spirtli içkilər bahalaşıb

2016-cı ilin yanvar-noyabr aylarında istehlakçılara 26,3 milyard manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz çox məhsul satılıb. Bu barədə Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 2,6 faiz, qeyri-ərzaq məhsulları üzrə isə 0,7 faiz artıb. Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,7 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,6 faizi elektrik malları və mebelin, 5,7 faizi avtomobil yanacağının, 1,5 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompyuterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Son xəbərlər
Digər xəbərlər