15 C
Baku
Saturday, April 20, 2024

Şirkət direktoru cərimə qərarından şikayət verib

Maliyyə Bazarlarına Nəzarət Palatası valyuta tənzimi qaydalarının pozulmasına görə “Unipark LLC” Məhdud Məsuliyyətli Cəmiyyət barədə protokol tərtib edib.

Yasamal Rayon Məhkəməsi protokola əsasən şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilib.

Bu inzibati xətaya görə hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8 noyabr 2019-cu il tarixli qərarından MMC-nin direktoru Murad Musayev tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Unipark” MMC su, kanalizasiya və qaz sistemləri, su lentləri, yanğın hidrantları, elektrofüzyon və qaynaq makinalarının təchizatı və bu sahələrdə bütün xidmətlərin göstərilməsi məqsədilə yaradılmış Azərbaycan şirkətidir.

©Report

Son xəbərlər
Digər xəbərlər