“Yüksel Proje-Caspian” QSC tərəfindən qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilir.
Bu barədə Banker.az şirkətin elanına istinadən xəbər verir.
Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 13A, Xətai İş Mərkəzi 12-ci mərtəbədə qeydiyyatda olan “Yüksel Proje-Caspian” QSC (VÖEN – 1801179991) cari ilin aprelindən ləğv edildiyini açıqladı.
QSC ləğv edildiyi üçün qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edir.
Şirkətin qiymətli kağızların nominal dəyəri 50 manat olmaqla, dövriyyəyə 2000 ədəd emissiya etmişdi.
“Qiymətli kağızların geri ödənilməsi şərtləri (qiymətli kağızların satın alınma dəyəri, ödənilməsi qaydası, və s.)-səhmdarlara səhmlərin dəyəri nağd şəkildə və yaxud göstərdiyi bank hesabına köçürülməklə geri ödəniləcək”- deyə məlumatda qeyd edilir.
“Yüksel Proje-Caspian” QSC 2010-ci ildə “Baltech İnvestment” MMC Türkiyənin “Yüksel Proje Uluslararası A.Ş” şirkəti ilə birgə təsis edib. 2012-2017-cı illərdə “Azəryolservis” ASC onu Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yolunun yenidən qurulması layihəsinə texniki nəzarətçi kimi cəlb edib.