6 C
Baku
Sunday, December 15, 2024

Şirkətlərin dövlətə ödədiyi gəlir vergisi 2.3 dəfə artıb

Azərbaycan hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə büdcə daxilolmaları kəskin artıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

Belə ki, cari ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirlərinin 25.19%-ini hüquqi şəxslərin mənfəət (gəlir) vergisi təşkil edib. Hesabat dövründə ÜDM-dəki payı 6.02% təşkil edən bu verginin həcmi 2021-ci ilin ilk 9 ayı ilə müqayisədə 2.3 dəfə artaraq 5 milyard 113.09 milyon manata (dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları nəzərə alınmaqla) çatıb. Ötən ilin yanvar-avqust aylarında hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmalar 2 milyard 199.05 milyon manat olmuşdu. Həmin dövrdə büdcə daxilolmalarının 13.77%-i bu verginin payına düşüb.

 

Son xəbərlər
Digər xəbərlər