19 C
Baku
Monday, April 29, 2024

Şirniyyatları satmaq strategiyası

Bir məktəbin yaxınlığında şirniyyat satılan iki fərqli dükan yerləşirdi. Dükanlar demək olar ki, məktəbdən eyni uzaqlıda idi. Uşaqların ən çox almaq istədikləri və bütün günü arxasınca qaçdığı şirniyyatlar da təqribən eyni keyfiyyətə malik idi. Hər iki dükanın satıcısı da öz alıcıların qarşı mehriban və xoşrəftar davranırdı. Amma yenə də buna baxmayaraq, bir dükanda şirniyyat digərinə nisbətən az satılırdı. 

Dükanlardan birinin satıcısı əvvəlcə tərəzinin gözünə lazım olandan çox şirniyyat qoyur, sonra isə lazım olan çəkidən artıq gələnləri üstdən götürdü.

Uşaqlar isə digər dükanın satıcısının rəftarını daha çox bəyənirdi (təbii ki, şüur altında). O, tərəzinin gözünə tələb olunan çəkidən az şirniyyat qoyur, sonra isə tərəzidə tarazlıq yaranana və lazımı çəkil alınana qədər şirniyyat əlavə edirdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər