27 C
Baku
Saturday, July 27, 2024

Sirri açılmamış xəritə

1929-cu ildə bir qrup tarixçi ceyran dərisi üzərində çəkilmiş heyrətamiz bir xəritə aşkar edir. Araşdırma sübut edir ki, 1513-cü ildə türk hərbi donanmasının məşhur admiralı Piri Rəis tərəfindən çəkilən bu xəritə orijinal bir sənəddir.

O xəritəçəkməyə qarşı böyük marağa sahib idi. Onun Türkiyə dəniz qüvvələrindəki şücaəti isə ona Konstantinopoldakı Çar kitabxanasına imtiyazlı giriş təmin edirdi. Piri Rəis etiraf edirdi ki, xəritənin bəzi hissələrini hələ IV əsrə aid olan digər xəritələrdən köçürmüşdür.

Piri Rəisin xəritəsində Afrikanın qərb sahili, Cənubi Amerikanın şərq sahili və Antarktidanın şimal sahili mükəmməl təsvir edilib. Bununla yanaşı, ən təəccüblüsü odur ki, Piri Rəis Antarktidanın hələ 300 il sonra kəşf ediləcək dəqiq xəritəsini necə təsvir edə bilib. Onun xəritəsində sahil xətti buz altında olaraq təsvir edilib. Geoloji araşdırmalar isə sübut edir ki, Kraliça Mod torpağı sonuncu dəfə eramızdan 4 min əvvəl donmamış halda olub. Müasir elm isə buzların sahil xəttini təqribən milyon illərdir örtdüyünü deyir.

Piri Rəisin xəritəsi aydın olaraq göstərir ki, bu qitənin şimal hissəsi onu buz örtməmişdən öncə xəritəyə salınıb.

Sonrakı və daha dəqiq araşdırmalar göstərir ki, Antarktidanın buzlardan azad olduğu son tarix təqribən 6 min il əvvəl başa çatıb. Bu günlərin özündə belə bu məsələ ilə bağlı şübhələr mövcuddur. Beləliklə, bu zaman belə bir sual ortaya çıxır: 6000 il əvvəl Antarktidada Kraliça Mod torpağını kim xəritəyə alıb? Bizə məlum olmayan hansı sivilizasiya belə dəqiqlikli texnologiyaya sahib olub?

Son xəbərlər
Digər xəbərlər