26 C
Baku
Saturday, July 27, 2024

Skandinaviyanın ən böyük aviaşirkəti Çinə uçuşları dayandırıb

Skandinaviyanın ən böyük aviaşirkəti, Çinin kontinental hissəsinə uçuşları dayandırır.

Yanvarın 31-dən etibarən Skandinaviya Hava Yolları (SAS), Çinin Vuhan, Pekin və Şanxay kimi şəhərlərdə ölümcül koronavirusun yayılması görə bütün uçuşları dayandırır. Aviaşirkətin yaydığı məlumata əsasən, uçuşların dayandırılması fevralın 9-dək davam edəcək. Öz növbəsində, SAS-ın Honkonq şəhərinə müntəzəm uçuşları cədvəl üzrə həyata keçiriləcək. Lakin aviaşirkət bu bölgədəki vəziyyəti də yaxından izləyir.

SAS, aviareyslərin dayandırılması qərarından zərər çəkən sərnişinlərin kompensasiya ala biləcəklərini də yaydığı məlumatda bildirib.

Qeyd edək ki, Skandinaviya Hava Yolları ilə yanaşı, British Airways, Lufthansa, Swiss Air, Avstriya Hava Yolları və Finnair aviaşirkətləri də Çinə uçuşları dayandırıb.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər