13 C
Baku
Wednesday, May 8, 2024

“Skoda” loqosunu yeniləyib

Çexiyanın “Skoda” avtomobil şirkəti loqosunu yeniləyib. Yeni emblem 2011-ci ildən istifadə edilən loqonu əvəz edib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Şirkətin avtosalonlarının dizaynında və reklam materiallarında istifadə olunacaq yaşıl rəngin korporativ çalaları da dəyişdirilib. Eyni zamanda, brendin adının yazılışı da bir qədər dəyişib. Yeni şriftin əsas xüsusiyyəti “S” hərfinin içərisində yazılmış işarədir.

Yaxın gələcəkdə yeni “Skoda” loqosu internet saytlarında, reklamlarda, bukletlərdə, 2023-cü ildən isə avtomobillərdə görünəcək.

photo 2022 08 31 14 30 08 large

Son xəbərlər
 ⁠
Digər xəbərlər