23 C
Baku
Wednesday, October 5, 2022

“Skoda” və “Suzuki” Rusiyadakı fəaliyyətini dayandırır

Çexiyanın “Skoda” və Yaponiyanın “Suzuki” avtomobil şirkəti Rusiyadakı fəaliyyətini dayandırır.

Banker.az xarici KİV-ə istinadən müvafiq qərarın Rusiya Federasiyasına qarşı tətbiq edilən iqtisadi sanksiyalara görə qəbul edildiyi bildirilir.

Dünyanın ən böyük avtomobil konserni olan “Toyota Motor” da daha əvvəl komponent çatışmazlığı səbəbindən avtomobillərinin Rusiyada istehsalını dayandırmaq qərarına gəlib. Şirkətdən verilən açıqlamaya görə, martın 4-dən etibarən Sankt-Peterburqdakı zavodda istehsal müvəqqəti olaraq dayandırılacaq.

Son xəbərlər
Oxşar xəbərlər