9 C
Baku
Friday, December 13, 2024

Slovakiya Azərbaycanla müdafiə sənayesi sahəsində birgə müəssisə yarada bilər

Slovakiyanın təşəbbüsü ilə Azərbaycanın Qarabağ iqtisadi rayonunda “ağıllı kənd”in inşasına 2024-cü ilin əvvəlində başlanılması planlaşdırılır. “TASR” agentliyinin məlumatına görə, bunu Slovakiya parlamentinin sədri Boris Kollar deyib.

Kollar bu həftə Azərbaycanda rəsmi səfərdə olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüş zamanı Qarabağda “ağıllı kənd”in yaradılması layihəsi müzakirə mövzularından biri olub. Layihə çərçivəsində işlər Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçiriləcək.

“Layihə üzrə tikinti işlərinə artıq gələn ilin əvvəlində başlanılacaq”, – deyə Kollar bildirib.

O qeyd edib ki, “Vodohospodarske Stavby” şirkəti layihənin işlənməsi haqqında müqavilə bağlayıb.

Spikerin sözlərinə görə, “Konstrukta Defence” şirkətinin nümayəndələri Bakıda Azərbaycan şirkətlərindən birinin nümayəndələri ilə müdafiə sənayesi sahəsində birgə müəssisənin yaradılması imkanlarını müzakirə ediblər.

Son xəbərlər
Digər xəbərlər