9 C
Baku
Thursday, December 12, 2024

Smart-kart tipli sayğaclara ödənişdə problemlər yaranıb

Bakıda mənzillərə quraşdırılan yeni smart-kart tipli sayğacların kartlarına ödəniş etməklə bağlı yaranan problem aradan qaldırılıb.

Bunu  açıqlamasında “Azəriqaz” İctimai Birliyinin Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov bildirib.

Onun sözlərinə görə, sistemdə kiçik texniki problem yaranıb:

“Ödənişlə bağlı dünən axşam saatlarında problem yaranmışdı. Bəzən proqram təminatında belə problem yaşanır. Artıq bu problem aradan qaldırılıb və vətəndaşlar sayğac kartlarına pul köçürə bilərlər”.

Buna qədər  “Qaynar xətt”inə daxil olan məlumatda qeyd edilmişdi ki, Xətai rayonu, Corat küçəsindəki mənzillərə quraşdırılan yeni smart-kart tipli sayğacların kartlarına ödəniş etmək olmur.

 

MənbəBaku.ws
Son xəbərlər
Digər xəbərlər