Rusiyanın “Smartavia” aviaşirkəti aviaşirkətin ticarət markası cari il yayda Rusiyadan Azərbaycana uçuşlara başlamağı planlaşdırır. Bu barədə “Smartavia”nın kommersiya direktoru Svetlana Rodionova məlumat verib.
“Aviaşirkət yay cədvəlində 60-dan artıq marşrut ilə uçuşlar həyata keçirəcək. Həmçinin 18 marşrut ilə aviaşirkət “Pulkovo”dan (Sankt-Peterburq) uçuşlar həyata keçirəcək. Yeni və köhnə istiqamətlər nəzərdə tutulur. O cümlədən, Azərbaycana ereyslər planlaşdırılır. Tbilisi və Batumiyə uçuşların sayını artıracağıq”, – Rusiya mətbuatı S.Rodionovanın sözlərindən sitat gətirir.
2018-ci ildə “Nordavia” “Pulkovo”ya 648 min sərnişin daşıyıb, bu da 2017-ci ilin göstəricisindən 35% çoxdur.
©İnterfaks-Azərbaycan