17 C
Baku
Monday, April 29, 2024

Smartfonlar üçün ən yaxşı 5 əlavə – REYTİNQ

“Macrumors” və IDC şirkətlərinin nümayəndələri şəbəkədə hər bir smartfon üçün lazım olan ən faydalı əlavələrin beşliyini təqdim ediblər. 

Runews24.ru saytına istinadən məlumatına görə, tərtibatçılar birinci və ikinci yerlərə müvafiq olaraq “Google” və “Flipboard” məlumat xidmətlərini yerləşdiriblər.

 

Adıçəkilən əlavələr mütəmadi olaraq liderlik uğrunda rəqabət aparır. Çünki tərtibatçılar daimi olaraq onları yeniləyir. “Flipboard” sadə interfeysə, “Google” isə keyfiyyətli və operativ cəld sinxronizasiyaya malikdir.

Üçüncü yeri musiqisevərlər üçün əlavə tutur. iOS istifadəçiləri üçün bu əlavə “Stereomood”, “Android” istifadəçiləri üçün isə “NexMusic” adlandırılır.

Dördüncü sıra iki brauzer arasında bölüşdürülür. “Android” üçün ən yaxşı brauzer “Flynx”, “iPhone” üçün isə “Puffin Web Browser” adlandırılır. Onlardan bir neçə pillə “Google Chrome” geri qalır ki, bu brauzer də tərtibatçılar tərəfindən ən yaxşı əlavələrdən biri hesab olunur.

Beşinci yerdə elektron kitab oxumaq üçün əlavə yerləşir. Belə ki, iOS üçün bu əlavə “Marvin”, “Android” əməliyyat sistemi işlədən istifadəçilər üçün isə “AlReader” adlanır.

MənbəLent.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər