10 C
Baku
Wednesday, December 11, 2024

Smartfonlar üçün 600 meqapikselli kamera ixtira edilib

“Samsung” şirkəti təsvir ölçüsü insan gözünün təsvir ölçüsünü üstələyəcək kamera üzərində çalışır. Bu barədə “PhoneArena” nəşrinin məlumatında deyilir.

Nəşr internetdə Cənubi Koreya şirkətinin daxili təqdimatı barədə material dərc edən “Ice Universe” adlı məşhur blogerin məlumatına istinad edir. Materialda 600 meqapikselli təsvir ölçüsünə malik olacaq smartfon kamerası haqqında danışılır. Müvafiq sensorun ölçüsü 1/0.57 düymdür və smartfon sahəsinin təxminən 12 faizini əhatə edir. İxtira vizuallaşdırılan zaman kamera bir böyük obyektivdən ibarət olur.

Qurğunun təsvirində bu texnologiyanın tətbiqinin texniki baxımdan mürəkkəbliyi qeyd olunur. Bir tərəfdən, sensorların daha çox sıxlığı sensorun ölçüsünün artmasına, digər tərəfdən isə ayrı-ayrı piksellərin ölçüsünün kiçildilməsi görüntünün dəqiqliyinin azalmasına səbəb olacaq. Mütəxəssislər qeyd edib ki, belə təsvir ölçüsünə malik sensor smartfon korpusundan təxminən 22 millimetr irəliyə çıxacaq. Müqayisə üçün qeyd edək ki, qabaqcıl “Samsung Galaxy Note20” smartfonunun korpusunun qalınlığı 8,3 millimetr təşkil edir.

Jurnalistlərin sözlərinə görə, insan gözünün təsvir ölçüsü təxminən 576 meqapikseldir.

Oktyabrda “Samsung” şirkətinin Stenford Universitetinin alimləri ilə birlikdə rekord görüntülü displey ixtira etməsi məlum olub. Texnologiyanın hazırlanması zamanı əldə edilən “OLED” paneli bir düym üçün 10 min piksel sıxlığı (ppi, pixels per inch) göstəricisinə malikdir. Müqayisə üçün qeyd edək ki, müasir smartfonların ekranlarının piksel sıxlığı bir düym üçün 400-500 piksel arasında dəyişir.

Mənbəİctnews
Son xəbərlər
Digər xəbərlər