22 C
Baku
Tuesday, April 23, 2024

SMM (Sosial Media Meneceri) – Optimal Electronics LLC

“Optimal Elektronika” MMC  1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, LG, SONY, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə “Optimal Elektronika” MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir.  Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan və digər ölkələrin  brend geyimlərinin  Azərbaycanda satışı ilə məşğuldur. Şirkətimiz İngiltərənin M&CO  brendinin Azərbaycanda və Qafqazda yeganə frençayzinq partnyorudur. M&Co mağazası Optimalın Nizami (Tarqovıy) filialının ikinci mərtəbəsində yerləşir. Əlavə məlumat üçün www.mandco.az  vəwww.optimal.az linkinə tıklaya bilərsiniz.

2018-ci il dekabr ayında şirkət “Dəbdəbə” geyim mağazalarını, 16 yanvar 2019-cu il tarixindən etibarən Optimalın ən böyük filialı olan “Optimal Live Satış və Təcrübə Mərkəzi”ni müştərilərin istifadəsinə vermişdir.

“Optimal Elektronika” MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönündə fəal iş aparır.

Niyə məhz Optimal?

– Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
– Pozitivlik bizim ən böyük uğurumuzdur!
– Kreativ ideyaları yaradırıq!
– İstedadlı gənclərə yol açırıq!

Vəzifə: SMM (Sosial Media Meneceri)

Tələblər:

– Ali təhsil;
– Qeyd olunan sahədə minimum 1 il iş təcrübəsi;
– Sosial şəbəkələrdə irəliləyiş alətləri və üsullarını istifadə etmə bacarığı;
– İnternet-marketinq şəbəkələrinin vasitəsilə irəliləyiş üsulları haqqında təsəvvürün olması;
– Photoshop üzrə ilkin biliklərin olması (arzu olunandır);
– Azərbaycan dilinin qrammatikası biliyi, eyni zamanda düzgün tətbiq edilməsi bacarığı;
– MS Office proqramlarından sərbəst istifadə etmək bacarığı;
– İngilis və rus dillərini bilən namizədlərə üstünlük verilir.

Vəzifə öhdəlikləri:

– Sosial media hesablarının peşəkar şəkildə idarə olunması;
– Kontentin yaradılması və onun dolğun şəkildə təqdim edilməsi;
– Səhifələr üzrə gələn sorğuların cavablandırılması;
– Markalar üzrə sosial şəbəkələrdə gündəlik paylaşımların edilməsi;
– Səhifə istifadəçiləri arasında aksiyaların hazırlanması;
– Səhifənin günlük və aylıq hesabatlarının hazırlanması.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “SMM (Sosial Media Meneceri)” qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur

Müraciət üçün son tarix: 20.02.2019

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər