Snapchat messencerinin sahibi olan Snap şirkətinin səhmləri 2 mart tarixində – IPO keçirildikdən sonra 45% artıb. Belə ki, şirkətin 1 səhminin dəyəri 24,6 dollara qədər yüksəlib.
Snap səhmlərinin ilk dəfə birjaya yerləşdirilməsi çərçivəsində şirkətin qiymətli kağızları 17 dollar qiymətləndirilib. Nəticədə şirkətin ümumi dəyəri 24 milyard dollar olaraq qiymətləndirilir.
Snap şirkətinin keçirdiyi IPO ABŞ tarixində 2014-cü ildən bu yana ən nəhəng ilk dəfə səhm yerləşdirilməsi oldu. Bu zaman Alibaba şirkəti birjaya çıxmışdı və rekord məbləğ hesab olunan 25 milyard dollar cəlb edə bilmişdi.
Qeyd edək ki, Snapchat messenceri 2011-ci ildə yaradılmışdı. Bu messencerdə göndərilən şəkillər onlara baxıldıqdan sonra özü silinmək xüsusiyyətinə malikdir. Snapchat-ın gün ərzində fəal istifadəçilərinin sayı 158 milyon nəfər təşkil edir.