2 C
Baku
Saturday, December 14, 2024

Snickers brendinin tarixi

Mars, Incorporated şirkətinin istehsalı olan Snickers-dən daha məşhur şokolad təsəvvür etmək çətindir. Şokoladın tərkibi 1930-cu ildən bu günə qədər dəyişməz qalıb və yüksək kalorili olmasına baxmayaraq böyükdən kiçiyə qədər böyük populyarlıqla istifadə edilir. Bu populyarlığa bir səbəb də şirkətin uğurla həyata keçirdiyi reklam siyasətidir.

Belə hesab edilir ki, Snickers adı Mars ailəsinin sahib olduğu sevimli atlarının adından götürülüb. Yeri gəlmişkən, iddialara görə at şokoladların ilk nümunələri buraxıldığından bir neçə ay sonra həlak olmuşdur. Əgər bu hadisə baş verməsəydi yəqin ki şokolad başqa cür adlanacaqdı. İlk “Snickers”-lərin biri 20 sentə satılırdı və onların xüsusi bağlamaları xüsusi olaraq Wal-Mart supermarketlər şəbəkələri üçün hazırlanmışdı.

Hər bir şokolad batonu üçün həmişə 16 araxis istifadə edilir. Lakin hər gün dünya üzrə 15 milyona yaxın şokolad batonu istehsal olunduğundan gündəlik təqribən 99 ton araxis istifadə edilir. Bu yaxınlarda yeni peyda olan şokoladlarda araxis badam ilə əvəz edilib.

Maraqlıdır ki, Böyük Britaniya və İrlandiya ərazisində batonlar Marathon adı ilə satılırdı. Bu ənənə 1990-cı ilə qədər davam etdi və 1990-cı ildə Mars şirkəti bəşəri bir ad fikirləşmək barədə düşündü. Beləliklə, bu günümüzdə “Snickers” bütün dünyada eyni cür adlanır.

Snickers artıq uzun müddətdir ki, sadəcə şokolad deyil, həm də pop-mədəniyyətin bir hissəsi olaraq, simvola çevrilmişdir. “Dayanma, snikerslə” ifadəsi isə çox işlənən və hamıya məlum bir cümləyə çevrilmişdir. Hesablamalara görə, tək bir Snickersin satışı Mars, Inc şirkətinə illik dövriyyədə 2 milyard dollar qazandırır.

Son xəbərlər
Digər xəbərlər