15 C
Baku
Saturday, May 18, 2024

SOCAR-a bu şəxs rəhbərlik edəcək – SƏRƏNCAM

Rövşən Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

“Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilsin” -deyə, sərəncamda qeyd edilir.

Sərəncamda o da göstərilir ki, SOCAR-ın prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Rövşən Çingiz oğlu Nəcəfə həvalə edilir.

3. Bu Sərəncam  imzalandığı 10 fevral 2022-ci il tarixdən qüvvəyə minir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər