16 C
Baku
Thursday, March 28, 2024

“SOCAR Georgia” Gürcüstanda virusa görə 200 min pul ayırdı

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətləri bu ölkədə koronavirusla mübarizə məqsədilə yaradılmış StopCoV fonduna yardımı davam etdirirlər.

“Socar Georgia Petroleum” şirkəti də StopCov fonduna 200 min lari məbləğində maliyyə yardımı göstərib.

Şirkətin bu barədə yaydığı məlumatda qeyd olunub: “Hesab edirik ki, virusa qalib gəlmək üçün əlimizdən gələni etmək hər birimizin borcudur”.

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətləri bundan əvvəl də StopCov fonduna yardım ediblər.

Son xəbərlər
Digər xəbərlər