8 C
Baku
Thursday, December 12, 2024

SOCAR iki mühüm sənəd imzaladı

Bakı Enerji Forumu çərçivəsində Şuşa şəhərində təşkil olunan​ xüsusi sessiya çərçivəsində SOCAR ilə BP arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb.

Sənədi SOCAR birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf və BP-nin Regional prezidenti Qari Counz imzalayıblar.

Məlumata görə,​ sənəd Azərbaycan Respublikasında bərpaolunan enerji potensialının öyrənilməsini, bu sahədə əməkdaşlıq məsələlərini və birgə layihələrin həyata keçirməsini nəzərdə tutur.​

Bundan başqa, SOCAR ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında Anlaşma Memorandumu da imzalanıb. Sənədi SOCAR birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf və “Masdar” şirkətinin İcraçı direktor vəzifəsini icra edən Fauaz Al Muharrami imzalayiblar.​

İmzalanan sənəd Azərbaycanda bərpaolunan enerji sahəsində əməkdaşlıq məqsədi daşıyır.​

Qeyd edək ki,​ ​ hər iki sənədin imzalanmasında məqsəd neft-qaz əməliyyatlarının karbonsuzlaşdırılmasını və enerji səmərəliliyi sahəsində qabaqcıl texnologiyaların tətbiqini və bərpa olunan enerji mənbələrinin birgə inkişafını təmin etməkdir.

 

 

 

Son xəbərlər
Digər xəbərlər