3 C
Baku
Saturday, December 14, 2024

SOCAR-ın Gürcüstandakı neft terminalı 30 mln. tondan artıq neft və neft məhsulları aşırıb

SOCAR-ın Gürcüstandakı Kulevi neft terminalı (“Black Sea Terminal” – BST) 2008-ci il mayın 16-dan bu günədək (16 may) 30 mln. tondan artıq neft və neft məhsulları aşırıb.

“BST komandası həqiqətən də iddialı məqsədlərinə nail olmaq potensialına malikdir və dünyada mövcud vəziyyətə baxmayaraq, biz yenə də ən yaxşı nəticələr əldə edə biləcəyik”, – deyə, məlumatda bildirilir.

Qeyd olunur ki, hesabat dövründə terminalın ilkin saxlama gücü 360 000 kubmetrdən 407 000 kubmetrədək artırılıb.

Xatırladaq ki, terminal vasitəsilə xam neft, mazut, dizel yanacağı, qazoyl, metanol, aviasiya kerosini, propilen, maye piroliz qatranı, nafta, izopropil spirti, sənaye nefti və kondensatın yüklənməsi həyata keçirilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər