33 C
Baku
Monday, June 17, 2024

SOCAR-ın törəməsi “Petkim”dəki payının daha bir hissəsini satıb

“SOCAR Türkiye Enerji” “Petkim Petrokimya Holding A.Ş.”-dəki ümumi dəyəri 152 mln. lirə olan payını satıb.

APA şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, birjada satılan səhmlərin nominal dəyəri 4,35 lirə, səhmlərin sayı isə 35 mln. ədəddir.

“Bununla da “SOCAR Türkiye Enerji”nin payını 54,65%-dən 53,32%-dək azalıb. “SOCAR Türkey Petrokimya A.Ş.”-nin “Petkim”də sahibi olduğu 51%-lik payında heç bir dəyişiklik olmayıb, birbaşa sahib olduğumuz səhmlər 3,65%-dən 1,32%-ə düşüb”, – deyə şirkətin açıqlamasında deyilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər