3 C
Baku
Saturday, December 14, 2024

SOCAR-ın Türkiyədəki “Petkim”inin xalis mənfəəti kəskin azalıb

Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti “Petkim Petrokimya Holding A.Ş.” 2023-cü ilin birinci yarısında 351.95 mln. lirə və ya həmin tarix üzrə ABŞ dolları ilə $13.07 mln. xalis mənfəət əldə edib.

Banker.az bunu şirkətin maliyyə hesabatına istinad edir.

2022-ci ilin eyni dövrü ilə müqayisədə 92% azalıb. 2022-ci ilin birinci yarısı, yəni yanvar-iyun ayları üzrə “Petkim”in xalis mənfəəti 4 mlrd. 272.67 mln. lirə idi. Bu da həmin dövr üzrə foreksdəki məzənnə ilə 238.5 mln. dollar deməkdir.

Bu arada  bildirək ki, Türkiyə valyutası son bir ildə ABŞ dollarına qarşı 50% dəyər itirib.

1 iyul 2023: 1 USD=26.94 TRY

1 iyul 2022: 1 USD=17.91 TRY

Holdinq hesabat müddəti ərzində 19 mlrd. 809.8 mln. lirə və ya 735.3 mln. ABŞ dolları həcmində gəlir əldə edib. Lirə ilə müqayisəni apardıqda məlum olur ki, “Petkim”in gəlirləri 2022-cü ilin eyni dövründən 23% zəif nəticədir. Şirkətin satışlarının maya dəyəri 19 mlrd. 451 mln lirə təşkil edib. Hesabatdan göründüyü kimi şirkətin məhsul satışlarının maya dəyərinin həcmi gəlirdən daha zəif azalıb. Nəticədə ümumi mənfəəti (gross profit) 9 dəfə azalaraq 359.1 mln. lirə təşkil edir.

Şirkət şəxsi heyətə çəkdiyi xəclər isə 2022-ci ilin eyni dövründə 217.4 mln. lirə olduğu halda, cari ildə bu rəqəm artarq 456.1 mln. lirə olub.

Bununla belə, holdinqin kapital mövqeyi xeyli güclüdür. 1 iyul 2023-cü il tarixinə balans kapitalında 16 mlrd. 328.9 mln. lirə bölüşdürülməmiş mənfəəti var. Şirkətin kapitalında 2 mlrd. 534.4 mln. lirəsi səhm kapitalıdır.

pq

Son xəbərlər
Digər xəbərlər