17 C
Baku
Thursday, May 23, 2024

SOCAR işçilərinin maaşları artırıldı

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) çalışan işçilərin maaşları 10 faiz artırılıb. Banker.az xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkədəki rəsmi səhifəsində məlumat verilib.

Məlumatda həmçinin qeyd olunur ki, şirkətdə çalışan qadın əməkdaşlara da “8 Mart” Beynəlxalq Qadınlar Günü münasibətilə 100 manat məbləğində mükafat təyin olunub.

“Bu bayram 51.000-ə yaxın SOCAR əməkdaşı üçün ikiqat, 8500-ə yaxın qadın əməkdaşımız üçün isə üçqat sevinc gətirəcək. Belə ki, 1 mart 2018-ci il tarixindən etibarən, SOCAR strukturlarında əmək müqaviləsi ilə çalışan bütün işçilərin aylıq vəzifə maaşları 10% artırıldı.

Üstəlik, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qadın işçilərimizə 100 AZN məbləğində mükafat təyin olunub”.

Xatırladaq ki, prezident İlham Əliyev bir neçə gün öncə sosial müavinətlərin və dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

Xatırladaq ki, prezident İlham Əliyev bir neçə gün öncə sosial müavinətlərin, pensiyaçıların və dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının 10 faiz artırılması haqqında sərəncamlar imzalayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər