18 C
Baku
Monday, May 13, 2024

“SOCAR Karbamid” ixracı 8 dəfə artırıb

Cari ilin 1-ci rübündə “SOCAR Karbamid” zavodu tərəfindən daxili bazara ötən ilin analoji dövrü ilə müqayisədə 224% çox – 53,4 min ton karbamid satılıb.

Banker.az xəbər verir ki, bu barədə SOCAR-ın müvəqqəti prezidenti Rövşən Nəcəf öz rəsmi facebook səhifəsində yazıb.

O bildirib ki, zavod tərəfindən xarici bazarlara ixrac həcm ifadəsində 8 dəfə, dəyər ifadəsində isə 33 dəfə artıb.

R.Nəcəf qeyd edib ki, zavodun Azərbaycanın xarici ticarət saldosuna müsbət təsiri $93 mln. təşkil edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər