Bu ilin I rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neft emalı və neft-kimya məhsullarının ixracı təqribən 534 min ton təşkil edib.
Bu barədə SOCAR-ın I rüb üzrə hesabatında qeyd edilib.
Bu ilin üç ayında ixrac edilən neft emalı və neft-kimya məhsullarının ixracı ötən ilin müvafiq dövründən 17% çoxdur.
Hesabat dövründə xarici bazarlara 94 min tona yaxın metanol, 43 min tona yaxın karbamid ixrac edilib.
©Report