“SOCAR Petroleum” yeni modul tipli yanacaq doldurma məntəqəsini (YDM) istifadəyə verdi.
Qusar rayonu, Qusar-Laza yolunun 29-cu kilometrində yerləşən Şahdağ Turizm Mərkəzinin ərazisində “SOCAR” brendli yeni modul tipli YDM istifadəyə verildi.
Beləliklə “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 38-ə çatdırıldı. “SOCAR Petroleum”-un bu YDM dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, 1500 m2 ərazidə yerləşir.
Qusar rayonunda hərəkət edən sürücülər, eyni zamanda Şahdağ Turizm Mərkəzinə gələn qonaqlar üçün bu YDM yerləşmə yerinə görə daha əlverişlidir. Yeni istifadəyə verilmiş modul tipli məntəqədə iki yanacaqpaylayıcı kalonka quraşdırılıb. Beləliklə bu yanacaqdoldurma məntəqəsində “Aİ-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Bununla da kiçik və iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.