19 C
Baku
Sunday, May 19, 2024

“SOCAR Petrolium”dan Azərbaycan Sənaye Korporasiyasına transfer

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin departamentinə direktor müavini təyin edilib.

Banker.az-ın əldə etdiyi məlumata görə, Mülayim Səfərov İstehsal və əməliyyatlar departamentinin direktor müavini təyin edilib.

Mülayim Səfərov 23 fevral 1962-ci ildə Biləsuvar rayonunda anadan olub. 1979-cu ildə orta təhsilini başa vurub. 1980-1986-cı illərdə D.İ.Mendeleyev adına Moskva Kimya Texnologiyaları İnstitutunun Polimerlərin Kimyəvi Texnologiyası fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1986-cı ildə Suraxanı Mayesiz Transfarmatorlar Zavodunda başlayıb. 1994-cü ildən etibarən Azərbaycan Respublikası Dövlət Neft Şirkətində Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində çalışıb.

2008-ci ildən “Socar Petrolium” QSC-də Baş direktorun Əməliyyat Məsələləri üzrə müavini olaraq fəaliyyət göstərib.

Qeyd edək ki, hazırda ASK-ın 5 departamenti vardır:

1 3

Son xəbərlər
 ⁠
Digər xəbərlər