28 C
Baku
Saturday, July 27, 2024

SOCAR Rumıniyada 5 YDM icarəyə götürmək niyyətindədir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniyadakı törəməsi “SOCAR Petroleum SA” “IPECO S.A “şirkətinin Qorj ətrafında istismar etdiyi 5 yanacaqdoldurma stansiyasını icarəyə götürməyi planlaşdırır.

Hazırda qurum müqaviləni nəzərdən keçirir.

Əgər müsbət cavab olarsa, “SOCAR Petroleum SA” bu beş yanacaqdoldurma stansiyasını uzunmüddətli əsasda icarəyə götürəcək.

Qeyd edək ki, 2011-ci ildən etibarən SOCAR Rumıniyada törəmə şirkəti – “SOCAR Petroleum SA”nı təsis etməklə SOCAR brendi altında yanacaqdoldurma məntəqələri vasitəsi ilə Rumıniya ərazisində neft məhsullarının topdan və pərakəndə satışına başlayıb. Rumıniyanın şimalında ilkin olaraq 12 yanacaqdoldurma məntəqəsi ilə bazara daxil olan şirkət hazırda ölkənin dörd bir tərəfini əhatə etməklə 45 YDM şəbəkəsinə malikdir.

Aprel ayında şirkətin Arad, Tmiş və Sibiu ətrafında 6 yanacaqdoldurma məntəqəsini 10 illik icarəyə götürməsi barədə saziş təsdiqlənmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edi

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər