9 C
Baku
Thursday, December 12, 2024

SOCAR Türkiyənin antiinhisar qurumuna müraciət edib

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Almaniyanın “EWE A.G” enerji şirkətinin Türkiyədəki aktivlərini satın alınması üzrə əqdin hüquqi rəsmiləşdirilməsi prosesinə başlayıb.

“SOCAR “EWE A.G”-nin səhmlərinin satın alınması məqsədilə Türkiyənin antiinhisar qurumuna müraciət edib. Qeyd olunan qurum tərəfindən razılıq əldə edəndən sonra SOCAR Bursagaz, Kayserigaz, Enervis, EWE Enerji və Millenicom şirkətlərini sərəncamına alacaq”, – İstanbul Fond Birjasının saytında məlumat verilir.

Xəbər verildiyi kimi, SOCAR 2019-cu ilin yanvar ayında “SOCAR “EWE A.G” enerji şirkətinin Türkiyədəki əməliyyatlarını idarə edən EWE Turkey Holdingi və qrupa daxil olan şirkətlərin satın alınmasını elan edib.

Dəyəri açıqlanmayan satın alma işlərinə Rəqabət Qurumu və digər əlaqədar təşkilatların razılığından sonra yekun vurulacaq.

EWE Turkey Holding Bursagaz və Kayserigaz ilə Türkiyənin dördüncü böyük təbii qaz tədarükçüsüdür.

 

 

Hazırda “SOCAR Turkey Enerji” “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (51%) sahibidir. “Star” neft emalı zavodu, konteyner terminalı və elektrik stansiyasının tikintisini həyata keçirən şirkət, həmçinin daxili bazara qaz tədarük edir.

 

Son xəbərlər
Digər xəbərlər