6 C
Baku
Sunday, December 15, 2024

“SOCAR Türkiyə”nin paylama əməliyyatlarını təmin edən “Naturelgaz” gəlirlərini açıqladı

“SOCAR Türkiyə LNG”nin 100 faizlik səhmlərini satın alan “Naturelgaz” şirkəti gəlirlərini açıqlayıb.

Banker.az xəbər verir ki, Qlobal İnvestisiya Holdinqindən verilən məlumata əsasən, “SOCAR Türkiyə”nin paylama əməliyyatlarını təhvil alan şirkət 2020-ci ilin doqquz ayı ərzində təxminən 40,4 milyon ABŞ dolları həcmində gəlir əldə edib. Bu göstərici ötən ilə nisbətən sabit hesab edilir.

Müvafiq dövr ərzində şirkət COVID-19 pandemiyasının təsiri ilə 122,4 milyon kubmetr sıxılmış qaz paylayıb.

Qeyd edək ki, Türkiyənin Global İnvestisiya Holdiqinin nəzdində fəaliyyət göstərən “Naturelgaz” şirkəti rəsmi şəkildə “SOCAR Turkey LNG” şirkətinin səhmlərinin 100 faizinin satınalma prosedurunu tamamlanıb.

Holdinqin İdarə Heyətinin sədri Mehmet Kutman bildirib ki, bu satınalma “Naturelgaz”ın mövqeyini daha da gücləndirəcək və məhsul portfelini diversifikasiya edərkən həcmini, eləcə də, coğrafi əhatə dairəsini artıracaq.

Son xəbərlər
Digər xəbərlər