Müqaviləyə əsasən, SOCAR-ın səhm payı 51%, “Petrofac”ın payı 49% müəyyən edilib. Təsis müqaviləsini SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Petrofac”ın beynəlxalq mühəndislik və istehsalatın təlim xidmətlərinin rəhbəri Karim Osseiran imzalayıblar.
Birgə müəssisənin yaradılmasında hər iki şirkətin məqsədi öz imkanlarından istifadə edərək neftçilərin bilik və bacarıqlarının inkişafına dəstək verməkdir. Yeni müəssisə Azərbaycanın enerji sektorunda və digər ölkələrdə həyata keçirilən enerji layihələrində çalışan işçilər üçün sınaqdan çıxmış, daha mükəmməl və müasir proqramlar əsasında təlim və tədris xidmətləri göstərəcək.