15 C
Baku
Saturday, April 20, 2024

SOCAR və STP-nin birgə müəssisəsi məhkəməyə verilir

Azərbaycan Respublikası Dövlət Neft şirkəti (SOCAR) və Sumqayıt Texnologiyalar Parkının (STP) birgə müəssisi məhkəməyə verilib.

Banker.az xəbər verir ki, “Azərelektrikşəbəkətikinti” ASC, “SOCAR-STP” Məhdud Məsuliyyətli Cəmiyyət barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Elektrik avadanlıqları istehsalçısı və podradçısının məhkəməyə müraciət etməsinə səbəb, aralarındakı müqavilədə əmələ gələn öhdəliklər – alqı-satqı üzrə mübahisədir. Məhkəməyə Zaur Pirverdiyev hakim təyin edilib. Məsələyə BKM-də baxılır.

SOCAR-STP 2020-ci ilin aprelində Azərbaycanın iki dövlət qurumu tərəfindən 50-50 pay bölgüsü olmaqla, 1 700 000 manat nizamnamə kapitalı ilə təsis edilib. Birgə müəssisə MDB regionunun ən böyük mexaniki avadanlıq emalatxanası və ağır kranlar zavodunu əhatə edən istehsalatı idarə etmək və qazma ləvazimatları, quyu tamamlanması, quyuiçi əməliyyatlar, fırlanan və təzyiq altında olan avadanlıq, fontan armaturu, APS (Advanced Parts Solution), ağır kranlar üçün texniki xidmət və təmir işlərini həyata keçirməkdən ibarətdir.

Birgə müəssisə 2020-ci ildə 4 mln. manat gəlir əldə etsə də, yeni yaranmış şirkətə xas olaraq yarandığı ili zərərlə (3 mln. manat) bitirmişdi.

Son xəbərlər
Digər xəbərlər