1 C
Baku
Cümə, Yanvar 21, 2022

SOCAR və STP-nin birgə müəssisəsinin rəhbərliyi açıqlandı

SOCAR və Sumqayıt Texnologiyalar Parkının birgə müəssisəsi olan “SOCAR STP” 2 aprel 2020-ci ildə dövlət qeydiyyatına alınıb.

Banker.az xəbər verir ki, “SOCAR STP”nin nizamnamə kapitalı 1 700 000 manatdır. Birgə müəssisənin Müşahidə Şurasının üzvləri Lətifov Yaşar Aydın oğlu, Əliyeva Şirin Eldar qızı, Qurbanov Aqil Səlim oğlu, Nəcəfli Fuad Vahid oğlu, Qasımov Ənvər Allahyar oğlu, İsmayılov Fəxrəddin Səttar oğludur.

“SOCAR STP” Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər PR, ev.153 ünvanında fəaliyyət göstərəcək.

Bildirək ki, fevralın 19-da SOCAR və Sumqayıt Texnologiyalar Parkı (STP) arasında birgə müəssisənin yaradılmasına dair müqavilə imzalanmışdır.

Onu da qeyd edək ki, “SOCAR-STP”-nin əsas fəaliyyəti qazma ləvazimatları, quyu tamamlanması, quyuiçi əməliyyatlar, fırlanan və təzyiq altında olan avadanlıq, fontan armaturu, APS (Advanced Parts Solution), ağır kranlar üçün texniki xidmət və təmir işlərini həyata keçirməkdən ibarət olacaqdır.

Son xəbərlər
Oxşar xəbərlər