20 C
Baku
Friday, May 31, 2024

SoftBank $895 milyon xalis zərər açıqladı – İşçilərin 30%-i ixtisar ediləcək

Yaponiyada enerji, maliyyə, investisiya və kommunikasiya sektorlarında xidmətlər göstərən SoftBank Group 2022-ci ilin aprel-sentyabr ayları üzrə balans hesabatlarını dərc edib. Banker.az xəbər verir ki, ötən maliyyə ilinin eyni dövründə 363.5 milyard yen xalis mənfəət əldə edən Yaponiya şirkəti cari ilin eyni dövründə investisiya sektorundakı bazar şərtlərinin təsirilə 129.1 milyard yen ($895 milyon) xalis zərər açıqlayıb. Hesabata əsasən, 6 aylıq dövrdə şirkətin satış gəlirləri isə 6.7% artaraq 3.18 trilyon yenaya ($22.9 milyard) çatıb.

Softbank, bazardakı qeyri-müəyyənliyi əsas gətirərək 2023-cü ilin martında başa çatacaq maliyyə ili üçün proqnozlarını açıqlamayıb. Şirkətin baş icraçı direktoru Masayoşi Son qlobal inflyasiyadan qaynaqlanan əlverişsiz bazar şərtlərinə diqqət çəkib. Son, bu şərtlər altında yapon şirkətinin yeni investisiya sahələrinə açılma səviyyəsini aşağı salacağını söyləyib.

Yeni qərara uyğun olaraq, SoftBank Group-un investisiya ilə bağlı işçi qüvvəsinin 30% ixtisar ediləcəyi açıqlanıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər