16 C
Baku
Tuesday, May 14, 2024

Şolts Aİ-də qərar qəbuletmə prosesinə dəyişikliklər etməyə çağırıb

Almaniya kansleri Olaf Şolts hesab edir ki, Avropa İttifaqı genişlənməyə hazırlaşma ilə bağlı qərar qəbuletmə prosesinə dəyişikliklər etməlidir. Onun fikrincə, yekdil qərarlar qəbul etmək həmişə mümkün olmayacaq. Buna misal olaraq may ayında neft embarqosu səbəbindən Macarıstanın Rusiyaya qarşı altıncı sanksiyalar paketini blok etməsini göstərmək olar.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Avropa İttifaqı genişlənməyə hazırlaşmalıdır. Bunun üçün o, öz strukturlarını və qərar qəbuletmə proseslərini modernləşdirməlidir. Bu gün həll edilməli olan məsələlərlə bağlı yekdil qərarlar qəbul etmək həmişə mümkün olmayacaq”, – deyə Şolts vurğulayıb.

Almaniya kansleri həmçinin hesab edir ki, 20 il əvvəl namizəd olmuş ölkələrə Aİ-yə daxil olmaq üçün konkret tədbirlər təklif etmək lazımdır. Onun fikrincə, bu, üzv statusunun heç nəyə gətirib çıxarmadığını göstərir.

İyunun 17-də Avropa Komissiyası Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini tövsiyə edib. Yekun qərar Aİ liderlərinin iyunun 23-24-də keçirilməsi planlaşdırılan sammitində təsdiqlənəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər