6 C
Baku
Saturday, December 14, 2024

Şolts: “Almaniya Rusiyaya zərbələr endirmək üçün Ukraynaya silah verməyəcək”

Almaniya Rusiya ərazilərinə zərbələr endirmək üçün Ukraynaya silah tədarük etməyəcək.

Bunu Almaniya kansleri Olaf Şolts bəyan edib.

“ABŞ Prezidenti Co Bayden dəqiq ifadə edib ki, Rusiya ərazilərinin atəşə tutulması üçün Ukraynaya silah tədarük etməyəcək. Hesab edirəm ki, digərləri də bu prinsipə sadiq qalmalıdır”, – deyə kansler vurğulayıb.

O qeyd edib ki, Almaniya təkbaşına hərəkət etməyəcək və fəaliyyətini digər müttəfiqlərlə əlaqələndirəcək.

Şolts bundan əvvəl bəyan etmişdi ki, Almaniya Ukrayna Ordusuna kifayət qədər silah tədarük edir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər