Almaniyanın federal kansleri Olaf Şoltsun Çinə səfərinin vaxtı dəqiqləşib.
Kansler Olaf Şolts noyabrın 4-də Çinə gələcək. Səfər Çin Dövlət Şurasının sədri (Baş nazir) Li Keçyanın dəvəti ilə baş tutur.
Qərb mediası kansler Olaf Şoltsu Çin səfərində rəsmi şəxslərin, habelə iş adamlarının müşayiət edəcəyini yazır.
Qeyd edək ki, bu, Olaf Şoltsun Almaniya kansleri vəzifəsində Çinə ilk səfəri olmaqla yanaşı, COVID-19 pandemiyası başlayandan bəri “Böyük yeddilər” (G7) qrupuna daxil olan bir ölkənin rəhbər şəxsinin Çinə ilk səfəridir.