10 C
Baku
Sunday, May 19, 2024

Şolts İrana yeni sanksiyalar tətbiq etməsi ilə bağlı Aİ-yə çağırış edib

“Avropa İttifaqının İrana qarşı sanksiyaları vacibdir”.

Bunu Almaniya kansleri Olaf Şolts tviterdə yazıb.

O, İrandakı etirazlarda dinc nümayiş keçirən insanların öldürülməsindən narahatlığını bildirib: “Biz təhlükəsizlik qüvvələrinin güc tətbiqini pisləyirik”.

O.Şolts İran xalqının yanında olduqlarını söyləyib.

Xatırladaq ki, İran əxlaq polisi sentyabr ayında 22 yaşlı Məhsa Əminiyə hicab qaydalarına riayət etmədiyinə görə təzyiqlər göstərib və onu qətlə yetirib. Bundan sonra ölkədə kütləvi etirazlar başlayıb. Rəsmi Tehran etirazları amansızlıqla yatırıb, eləcə də internetin bağlanması da daxil olmaqla digər məhdudlaşdırıcı tədbirlərə əl atıb. Yerli hüquq müdafiəçiləri ən azı 185 nəfərin öldürüldüyünü bildirirlər.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər