1 C
Baku
Saturday, December 14, 2024

“Son 2 ayda mişardaşı yataqlarında 15-dən çox qanunsuz hasilat faktı aşkarlanıb”

Son 2 ayda təkcə Bakı və Abşeron yarımadasındakı mişardaşı yataqlarında 15-dən çox qanunsuz hasilat faktı aşkarlanıb.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov bildirib.

Onun sözlərinə görə, bu, həm ölkə iqtisadiyyatına və ekoloji mühitə zərər vurur, həm də dövlətin sahibkarlıq fəaliyyətləri üçün müəyyən etdiyi şəffaflıq prinsiplərinə ziddir:

“Monitorinqlər nəticəsində qeyri-qanuni istismarla məşğul olan hüquqi və fiziki şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Qeyri-qanuni istismar hallarının qarşısının alınması mişardaşının bazar qiymətlərinə ciddi təsir edə bilməz. Çünki ölkədə qanunlara riayət edən və şəffaflıq prinsipləri çərçivəsində mişardaşı yataqlarında kifayət qədər hasilat əldə edən istismarçılar var”.

O qeyd edib ki, yəni ümumiləşdirilsə, mişardaşının bazar qiymətində müşahidə olunan artımın Agentliyin fəaliyyətilə birbaşa əlaqəsi yoxdur: “Yer təkindən səmərəli və qənaətlə istifadəni, bu sahədə şəffaflığı və dürüstlüyü təmin etmək bizim başlıca prinsiplərimizdir”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər