1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda bank filialları və bank şöbələrinin sayı açıqlandı

Azərbaycan banklarının filialları və bank şöbələrinin sayında azalma qeydə alınıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, iyul ayında ölkədə bank filiallarının sayı 440 olub. Cari ilin aprel ayında isə bank filiallarının sayı 467 idi. Belə ki, son 3 ayda 27 bank filialı bağlanıb. Aylıq müqayisədə isə bank filiallarının sayında heç bir dəyişiklik baş verməyib.

Bank şöbələrinin sayı 117-dən 116-ya düşüb. 4 ayda isə Azərbaycanda 10 bank şöbəsi bağlanıb.

Qeyd edək ki, aprel ayından bəri əsas bank göstəricilərində müşahidə olunan azalma lisenziyası geri çağırılmış banklarla əlaqədardır.

Son xəbərlər
Digər xəbərlər