8 C
Baku
Sunday, December 22, 2024

Son 3 ildə 600 minə yaxın şəxsə e-qaydada fərdi hesab açılıb

2022-ci ildə 212.6 min şəxsə proaktiv qaydada sosial sığorta nömrəsi (SSN) verilməklə e-fərdi şəxsi hesabları açılıb.

Banker.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, 2020-ci ilin yanvar ayında istifadəyə verilən bu e-xidmət ilk dəfə işə başlayan şəxslə bağlı əmək müqaviləsi bildirişi e-sistemdə qeydə alındığı andan işçiyə avtomatik şəkildə SSN açılmasına imkan verir.

Nazirlikdən verilən məlumata görə, ötən dövrdə həmin e-xidmət vasitəsilə 600 minə yaxın şəxsə sosial sığorta nömrəsi verilməklə proaktiv qaydada fərdi şəxsi hesab açılıb.

 

Son xəbərlər
Digər xəbərlər