9 C
Baku
Friday, December 13, 2024

Son bir ayda şirkətlərin 26 minə yaxın bank hesabı bağlanıb

Azərbaycanda bank müştərilərinin sayı 2020-ci ilin oktyabr ayına  8 850 082 nəfər təşkil edib.

Banker.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, Bank müştərilərindən 8 737 525 nəfəri fiziki şəxslər, 112 557 nəfəri isə hüquqi şəxslər olub. Ötən ay ilə müqayisədə fiziki şəxslərin sayı 91 694 nəfər artıb, hüquqi şəxslərin sayı 2 520 nəfər azalıb.

Oktyabrda müştəri hesablarının sayı 195 min 574 ədəd artaraq 20 825 668-ə çatıb. O cümlədən, cari hesabların sayı 172 min 966 artaraq 17 776 393-ə, kredit hesablarının sayı 8 min 85 artaraq 2 698 790-a, depozit hesablarının sayı isə 14 min 523 artaraq 350 485-ə yüksəlib.

Ötən ilin oktyabr ayı ilə müqayisədə fiziki şəxslərin cari hesablarının sayı 2 067 031 artıb, hüquqi şəxslərin cari hesablarının sayı isə 20 min 401 azalıb. Sentyabr ayı ilə müqayisədə isə bu ilin oktyabrında hüquqi şəxslərin cari hesablarının sayı 25 min 783 azalıb.

Son xəbərlər
Digər xəbərlər