20 C
Baku
Friday, May 3, 2024

Son iki ayda Azərbaycana daha az avtomobil gətirilib

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycana 247 milyon 613 min dollar dəyərində 13 299 ədəd nəqliyyat vasitələri idxal olunub.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə nəqliyyat vasitələrinin idxalı dəyər ifadəsilə 24.2% artıb, miqdar ifadəsilə 5% azalıb.

2023-cü ilin eyni aylarında Azərbaycana 199 milyon 319 min dollar dəyərində 13 939 ədəd nəqliyyat vasitələri idxal olunmuşdur.

Bu il Azərbaycana minik avtomobillərinini idxalı 12 023  ədəd ikən, əvvəlki ildə 12 951 ədəd təşkil edib.

Bu avtomobillərin 2 571-i (82 728 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, 541-i (22 852 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər