25 C
Baku
Monday, April 29, 2024

Son iki ildə bələdiyyələrin gəlirləri 35 % artıb

Son iki ildə bələdiyyələrin gəlirləri 12.4 milyon manat (35%), o cümlədən yerli vergilərdən daxilolmalar 6 milyon manat (43%) artıb.

Bunu Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Elmin Həsənov Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev yerli özünüidarəetmənin banisidir” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, ötən ilin yerli büdcə gəlirləri 2014-cü ildən sonra ən yüksək məbləğdə olub: “Büdcə gəlirləri ötən illə təxminən eyni səviyyədə olub. 2013 və 2014-cü illərdə ümumi büdcə gəlirlərinin 50%-ə yaxın hissəsini torpaq satışından əldə olunan vəsait təşkil edirdisə, 2022-ci ildə büdcənin əsaslı artımında vergi gəlirləri üstünlük təşkil edib, torpaq satışından daxil olmalar 2.5 dəfə azalıb”.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər