7 C
Baku
Thursday, December 12, 2024

Son ildə premium benzin bahalaşsa da, Azərbaycan idxalı yüksəldib

Azərbaycan 2024-cü ilin birinci rübündə xaricdən 95 oktanlı premium mühərrik benzinlərin idxalını yüksəldib. Bununla belə, premium benzin əvvəlki illə nisbətdə Azərbaycana daha baha başa gəlir.

Banker.az rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, I rübdə Azərbaycan xaricdən ümumilikdə 18 563 tonluq 95 oktanlı benzin idxal edib. İdxalın ümumi dəyəri 18.02 mln. ABŞ dolları təşkil edir.

Bu da 2023-cü ilin analoji dövrünə nisbətdə 48 faiz artım deməkdir.

İdxal olunan benzinin bir tonu 927 dollar (1 575 manat) olduğu halda, cari ildə bu rəqəm 971 dollar təşkil edib. Başqa sözlə təqribən bir litri Azərbaycana 2023-cü ildə 1.13 manata başa gəlirdisə, 2024-cü ildə 1.19 manata başa gəlir.

Azərbaycan idxal etdiyi premium benzinin böyük hissəsini Rusiyadan alıb. Belə ki, müddət ərzində idxalın həcmi 11 645 ton və ya 10.85 mln. dollar təşkil edib.

2024-cü ilin  1-ci rübündə idxal olunan mühərrik benzinləri, 95 oktanlı
Ölkə Miqdar, ton Dəyər, min $
18,563.09 18,017.66
  Rusiya 11,645.48 10,848.36
  Belarus 2,090.00 2,139.66
  Rumıniya 1,645.35 1,743.20
  Bolqarıstan 1,288.34 1,455.63
  Yunanıstan 1,111.14 1,133.37
  Birləşmiş Ərəb Əmirlikləri 782.77 697.45

 

Son xəbərlər
Digər xəbərlər